...

Azərbaycan hökumətinin ekspertləri Polşaya səfər edəcək

Siyasət Materials 29 İyul 2006 13:36 (UTC +04:00)

Gələn ay Azərbaycan hökumətinin ekspertlərindən ibarət nümayəndə heyəti Polşaya səfər edəcək. Nazirlər Kabinetindən Trend ə verilən məlumata əsasən, səfərin məqsədi - Azərbaycanla Polşa arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının qarşıdakı iclasına hazırlıq görməkdir.

İclasın sentyabrın 11-dən 12-dək Varşavada keçirilməsi gözlənilir. Ekspertlər qarşıdakı məsləhətləşmələrin gündəliyini hazırlamalıdır. Əsas diqqət iki ölkə arasında ticari-ictisadi əməkdaşlığın perspektivlərinə yönəldiləcək.

Xatırladaq ki, komissiya Azərbaycan prezidenti İlham Əliyevin Polşa səfəri zamanı iki hökumət arasında əldə olunmuş razılıq nəticəsində yaradılıb. Azərbaycan tərəfindən komissiyaya iqtisadi inkişaf naziri Heydər Babayev, Polşa tərəfindən isə iqtisadiyyat naziri Pyotr Vojnyak sədrlik edəcək.

Xəbər lenti

Xəbər lenti