...

RUSAL Azərbaycanda alüminium zavodunun inşası ilə bağlı hələlik qərar qəbul etməyib

Siyasət Materials 3 Avqust 2006 13:12 (UTC +04:00)

RUSAL şirkəti alüminium zavodnun inşası ilə bağlı qərar qəbul etməyib. Trend in xəbər verdiyi kimi, bu barədə şirkətin məlumatında deyilir.

"Şirkət respublikada alüminium zavodunun inşası imkanlarını nəzərdən keçirməkdə maraqlıdır və Azərbaycan hökuməti ilə danışıqları davam etdirir",- deyə məlumatda deyilir.

RUSAL həm də ilkin TİƏ-nin hazırlanması üzərində iş aparır. Bunun nəticələrinə görə, layihənin gerçəkləşdirilməsinin məqsədəuyğunluğuna dair qərar qəbul olunacaq. "Bu istiqamətdə işlərin 2006-cı ilin sonlarında başa çatdırılıması planlaşdırılır.

RUSAL alüminium və xəlitə istehsalı üzrə dünya liderləri üçlüyünə daxildir. Şirkətin məhsulları dünyanın 50 ölkəsinə ixrac olunur. Şirkət Rusiyanın 9 regionunda və dünyanın 13 ölkəsində fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti