...

Azərbaycan prezidenti Abşeron rayonundan olan bir qrup şəxsi mükafatlandırıb

Siyasət Materials 3 Avqust 2006 19:54 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin 3 avqust tarixli sərəncamı ilə Abşeron rayonunun sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslər mükafatlandırılıb.

Trend agentliyinin məlumatına əsasən, Nadir Ağayev, Mahirə Qasımova və Nuru Nadirov "Əməkdar müəllim", Raya Bayramova, Qönçə Dərgahova, Solmaz Məmmədova və Sona Salmanova "Əməkdar həkim", Giyas Məsimov "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adlarını alıb.

Dövlət başçısının digər sərəncamı ilə Ağababa Axundov "Vətənə xidmətə görə" ordenin 3-cü dərəcəsilə təltif olunub. Bir qrup şəxs isə "Tərəqqi" medalı ilə təltif edilib.

Xəbər lenti

Xəbər lenti