Stokholmda rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 8-də İsveçin dövlət katibi, sənaye və ticarət nazirinin müavini Sven Erik Sederlə görüşüb.
XİN-dən Trend ə verilən məlumata əsasən, nazir İsveçin Ticarət Şurası və Rusiya-İsveç Ticarət palatasında danışıqlar aparıb. E.Məmmədyarov ATƏT Baş Assambleyasının prezident müavini, İsveç parlamentinin üzvü xanım Ton Finskardla görüşüb.
Günün ikinci yarısında Azərbaycan nazirinin ATƏT Baş Assambleyasının prezidenti, təşkilatın Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Karl de Quxtla görüşləri də planlaşdırılır.