...

Amerika senatoru Riçard Luqar həftənin sonunda Bakıya gələcək

Siyasət Materials 14 Avqust 2006 14:21 (UTC +04:00)
Amerika senatoru Riçard Luqar həftənin sonunda Bakıya gələcək

Amerika senatoru, ABŞ Senatının xarici əlaqələr üzrə Komitəsinin sədri Riçard Luqar (Richard G. Lugar) bu həftənin sonunda Azərbaycana gələcək. Bu barədə Trend ə ABŞ-ın Bakıdakı səfirliyinin mətbuat xidmətinin başçısı Conatan Henik xəbər verib.

Səfərin gündəliyi hələ razılaşdırılmayıb, lakin rəsmi şəxslərlə, Milli Məclisdə, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlərin keçiriləcəyi ehtimal olunur. Senator ölkə haqqında daha ətraflı məlumat əldə etmək üçün Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri ilə görüş keçirmək niyyətindədir.

Qeyd edək ki, R.Luqar 2005-ci ilin avqust ayında Azərbaycana səfər edib. 2006-cı ilin may ayında Senatdakı müzakirələr zamanı o, ABŞ-ın Bakıdakı indiki səfiri Enn Dersin namizədliyini dəstəkləyib.

O vaxt çıxış edərkən o bəyan edib ki, "neft və qazla zəngin olan Azərbaycan enerji ixracının artırılması üçün böyük potensiala malikdir. Onun sözlərinə görə, ABŞ Avropaya neft və qaz tranziti üçün cənub dəhlizinin açılışında, həmçinin energetikada şəffaflığın təmin edilməsi və iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafı istiqamətində görülən işlərdə Azərbaycana yardım etməkdə davam etməlidir.

Xəbər lenti

Xəbər lenti