...

Elçin Quliyev: 2015-ci ilədək Azərbaycanın sərhəd mühafizəsindəki əsgər heyəti peşəkar heyətlə əvəz olunacaq

Siyasət Materials 18 Avqust 2006 15:32 (UTC +04:00)

2015-ci ilədək Azərbaycanın sərhəd mühafizəsindəki əsgər heyəti peşəkar heyətlə tam şəkildə əvəz olunacaq. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev məlumat verib.

E.Quliyev bildirib ki, bu məsələ DSX-də aparılan islahatların tərkib hissəsidir. "Bununla bağlı yeni yaradılmış fakültənin ilk zabitlərinin buraxılışı oldu. Sərhəd mühafizəsi həmin zabit kadrları ilə təmin olunacaq. Həmçinin hazırda dəniz sərhədlərinin mühafizəsi üzrə tədris mərkəzimiz fəaliyyət göstərir. Bu tədris mərkəzi müvafiq gəmilərdə xidmət aparılması üçün peşəkar kadrlar hazırlayır. Digər tərəfdən, Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığı davam etdiririk və bu əməkdaşlıq nəticəsnidə artıq miqrasiya kurslarını bitirmiş əməkdaşlarımızın sayı 300-ü ötüb" - deyə E.Quliyev söyləyib.

Xəbər lenti

Xəbər lenti