...

Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlayacaq

Siyasət Materials 31 Avqust 2006 12:27 (UTC +04:00)

Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlayacaq. Trend xəbər verir ki, Milli Məclisin daxili nizamnaməsinə əsasən payız sessiyası dekabrın 30-dək davam etməlidir.

Mayın 12-də Milli Məclisin daxili nizamnaməsinə edilən dəyişikliyə görə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin birinci hissəsinin birinci abzasına uyğun olaraq ali qanunverici orqan hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-dən mayın 31-dək davam edir. Payız sessiyası isə sentyabrın 30-dan dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Onu da bildirək ki, Milli Məclisin yaz sessiyasında 14 iclas keçirilib və 68 qanun layihəsi qəbul edilib.

Payız sessiyasında isə əsasən "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi, "Rəqabət haqqında" yeni qanunun, "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyanın təsdiq edilməsi barədə", "Təhsil haqqında", "Siyasi partiyalar haqqında", "Sərbəst toplaşmaq haqqında" və digər qanunların müzakirə olunacağı planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti