...

Novruz Məmmədov: Sloveniya Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarıdır

Siyasət Materials 31 Avqust 2006 18:45 (UTC +04:00)

Sloveniya Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsində maraqlıdır. Trend Lider telekanalına istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İcra Aparatı xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, Sloveniya rəhbərliyi "Xəzər-2008" konfransı zamanı Qarabağ münaqişəsi ilə ətraflı tanış olub.

N.Məmmədov həmçinin Azərbaycan və Ermənistanın silahlı qüvvələrinin təmas xəttində yayılmış yanğınların səbəbinin araşdırılması üzrə ekspert qrupunun bölgəyə gəlişini şərh edib. Onun sözlərinə görə, rəsmi Bakı ekspert qrupunu Azərbaycana dəvət edərək, beynəlxalq ictimaiyyətin bu məsələyə etinasızlığını aradan qaldırmaq istəyir.

"Azərbaycanda fəaliyyət göstərən qeyri-hökümət təşkilatları (QHT) ən əhəmiyyətsiz hadisələr haqqında məlumatı bütün dünyaya yayır, bu cür hadisə haqqında isə onlar beynəlxalq ictimaiyyəti məlumatlandırmayıb", - deyə N.Məmmədov qeyd edib.

"Ekspert qrupunun gəlişini bizim ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşikə ünvanladığımız məzəmmətlərin nəticəsi kimi qiymətləndirmək olar və onların işi gələcəkdə bu cür yanğınların qarşısını ala bilər", - deyə Azərbaycanın Prezidentinin İcra aparatının şöbə müdiri əlavə edib.

Xəbər lenti

Xəbər lenti