Sentyabrın 4-də AŞPA-nın Cənubi Qafqazda əsir və itkin düşənlər üzrə məruzəçisi Leo Platvoyet AŞPA-nın miqrasiya, qaçqınlar və əhali üzrə Komitəsinə Dağlıq Qarabağ və Abxaziyaya səfəri haqqında hesabat verib. Bu barədə Leo Platvoyet Trend ə eksklüziv olaraq məlumat verib.
AŞPA məruzəçisi sentyabrın 18-dən 22-dək Dağlıq Qarabağ və Abxaziyaya səfər edib və burada Beynəlxalq Qırmızı Xaç Komitəsi, itkin düşmüşlər üzrə komitə, itkin düşmüş şəxslərin ailələri və yerli hökümət orqanlarının nümayəndələri ilə görüşüb. Trend ə verdiyi müsahibəsində Leo Platvoyet bildirib ki, Dağlıq Qarabağ və Abxaziyada onun məruzəsində olan tövsiyyələrə əməl etmək istəyirlər.
L.Platvoyet qeyd edib ki, onun məruzəsi 2006-cı ilin dekabrına qədər hazır olacaq.