...

Mirmahmud Mirəlioğlu: "Bələdiyyə seçkilərinə böyük etimad göstəririk"

Siyasət Materials 6 Oktyabr 2006 15:31 (UTC +04:00)

"Bələdiyyə seçkilərində saxtakarlıq etmək imkanları çox məhdud olur. Ona görə bu günkü seçkiyə çox böyük etimidamız var". Bu fikirləri Trend ə açıqlmasında müxalifəti təmsil edən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib.

O qeyd edib ki, bələdiyyə seçkilərində iştirak edən Klassik Xalq Cəbhəsi Partiyası həm də seçkinin müşahidəsini aparır. M.Mirəlioğlu bildirib ki, KXCP-nin dövlət qeydiyyatı olmadığı üçün namizədlər haqqında rəsmi məlumatında bu partiyanın üzvlərinin siyasi mənsubiyyəti göstərilməyib. Lakin KXCP-nin seçkidə bir neçə namizədi iştirak edir. M.Mirəlioğlunun sözlərinə görə, partiyanın yerli təşkilatları və namizədlərin vəkilləri seçki prosesini izləyirlər.

"Bölgələrdə, xüsusilə də kəndlərdə hamı bir-birini yaxşı tanıyır. Bələdiyyə seçkilərində saxtakarlıq etmək mümkün olsaydı, bu gün bir çox bələdiyyələr üzrə təkrar seçkilər keçirilməzdi. Ona görə də bələdiyyə seçkilərinə böyük etimad göstəririk"-deyə M.Mirəlioğlu qeyd edib.

Xəbər lenti

Xəbər lenti