...

MSK katibi: "Şikayətçi üzürlü səbəb göstərərsə, onun gecikmiş şikayətinə baxıla bilər"

Siyasət Materials 10 Oktyabr 2006 13:04 (UTC +04:00)

6 oktyabrda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı şikayətlərin verilməsi müddəti başa çatdı. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov məlumat verib.

O bildirib ki, seçkilərlə bağlı şikayətlər hərəkətin, hərəkətsizliyin və hüququn pozulmasının baş verdiyi andan verilə bilər. Amma bu şikayətlər 3 gün ərzində verilməlidir. Bu müddət başa çatdığından oktyabrın 10-dan MSK-ya şikayətlər verilə bilməz. Natiq Məmmədovun sözlərinə görə, istisna hal kimi şikayətçi üzürlü səbəb göstərərsə, onun gecikmiş şikayətinə baxıla bilər.

MSK-da şikayət daxil olan vaxtdan başlayaraq ona 3 gün müddətində baxılmalıdır. Amma MSK-nın Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri əsasında qəbul etdiyi "Şikayət və müraciətələrə baxılma haqqında Təlimat"a əsasən, zərurət yarandığı halda komissiyanın şikayətlərə baxılması müddətini uzatmaq səlahiyyəti var. MSK katibinin sözlərinə görə, 6 oktyabr seçkiləri ilə əlaqədar daxil olmuş şikayətlərə baxılması protkolların araşdırılmasının yekunlaşmasına qədər başa çatacaq. Səsvermə günündən sonra ən geci 20 gün ərzində MSK-da yekun potkollara baxılıb araşdırmalar başa çatdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti