...

Piter Algeyer: ABŞ Azərbaycanı ÜTT-yə daxil olmaqda dəstəkləməyə hazırdır

Siyasət Materials 16 Oktyabr 2006 11:53 (UTC +04:00)
Piter Algeyer: ABŞ Azərbaycanı ÜTT-yə daxil olmaqda dəstəkləməyə hazırdır

Ümumdünya Ticarət Təşkilatına daxil olmaq Azərbaycanın ən ali prioritetidir. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 16-da Bakıda jurnalistlərə ABŞ-ın ÜTT-dəki səfiri Piter Algeyer bəyan edib.

O qeyd edib ki, bu fikri Azərbaycan prezidenti İlham Əliyev öz bəyanatlarında təsdiqləyir.

"Azərbaycanın ÜTT-yə daxil olması üçün siyasi iradə olarsa, ABŞ ölkəni dəstəkləməyə və bu istiqamətdə işləməyə hazırdır", - deyə diplomat vurğulayıb.

Onun sözlərinə görə, Bakıya səfəri çərçivəsində ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirmək və onlarla gələcək fəaliyyəti müzakirə etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti