...

"Azadlıq" siyasi bloku islahatlar paketinin hazırlanması ilə bağlı işçi qrupları yaradacaq

Siyasət Materials 16 Oktyabr 2006 12:31 (UTC +04:00)

"Azadlıq" siyasi bloku tərəfindən islahatlar paketinin hazırlanması ilə bağlı işçi qrupları yaradılacaq. Bu barədə Trend ə blokda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) məlumat verilib.

"Azadlıq" bloku Məclisinin dövlət quruculuğu və hüquq siyasəti komissiyasının iclasında blokun dövlət idarəetməsi üzrə təkliflər paketi, seçki qanunvericiliyinə və sərbəst toplaşmaq azadlığı haqda qanuna dəyişikliklərlə bağlı məsələlər müzakirə olunub. İclasda ayrı-ayrı məmurların konstitusiyaya zidd hərəkətləri, məhkəmə-hüquq sistemində islahatlar və hüquq-mühafizə orqanlarındakı son olaylar barədə fikir mübadiləsi aparılıb.

Toplantıda həmçinin komissiyanın fəaliyyət istiqamətləri və islahatlar paketinin hazırlanması ilə bağlı işçi qruplarının yaradılması zəruri hesab edilib.

Xəbər lenti

Xəbər lenti