...

Bakıda Azərbaycan-Belarus hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır

Siyasət Materials 1 Noyabr 2006 12:02 (UTC +04:00)

Yaxın gələcəkdə Azərbaycan-Belarus hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclası keçiriləcək.

Belarusun Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, iclasa hazırlıq məsələləri Belarus hökuməti sədrinin birinci müavini Vladimir Semaşkonun Bakıya işgüzar səfər çərçivəsində ölkənin baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə müzakirə olunub.

Tərəflər ticari-iqtisadi əlaqələrin fəallaşdırılmasında və yeni müştərək müəssisələrin yaradılmasında maraqlı olduğunu ifadə edib. Görüşdə Azərbaycan prezidentinin Belarusa rəsmi səfəri zamanı əldə olunmuş razılaşmalar və qərarların həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Hökumətlərarası komissiyanın növbəti II iclası Bakıda keçiriləcək. Bununla bağlı qərar Minskdə keçirilmiş əvvəlki iclasda qəbul olunub.

Xəbər lenti

Xəbər lenti