...

AŞPA həmməruzəçisi: Azərbaycanda demokratiyanın inkişafı həm Azərbaycan xalqı, həm də Avropa üçün vacibdir

Siyasət Materials 2 Noyabr 2006 21:08 (UTC +04:00)
AŞPA həmməruzəçisi: Azərbaycanda demokratiyanın inkişafı həm Azərbaycan xalqı, həm də Avropa üçün vacibdir

Müsəlman ölkəsi olan Azərbaycanda demokratiyanın inkişafı həm də islam və demokratiyanın bir yerdə mövcud ola bildiyini sübut etmək üçün vacibdir. Trend xəbər verir ki, bu bəyanatı noyabrın 2-də keçirilən mətbuat konfransında AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Toni Lloyd edib.

Onun fikrincə, Azərbaycanda demokratiyanın inkişafı həm Azərbaycan xalqı, həm də Avropa üçün vacibdir. "Bu, Orta Asiya ölkələri üçün yaxşı nümunə olacaq", - deyə T.Lloyd bildirib.

Azərbaycanda milli azlıqlar məsələsinə gəlincə, AŞPA-nın Azərbaycan üzrə digər həmməruzəçisi Andres Herkel Azərbaycanın Quba rayonuna səfərini xatırladı. Onlar orada milli azlıqların nümayəndələri ilə görüşüb və əmin olublar ki, Azərbaycanda bu sahədə heç bir problem yoxdur.

Toni Lloyd hesab edir ki, Azərbaycanda məhkəmə sistemində ciddi problemlər mövcuddur. Bu, hakimlərin savadının az olması ilə bağlıdır və o, onlar üçün treninqlərin keçirilməsinin tərəfdarıdır.

Andres Herkel və Toni Lloyd söz azadlığı ilə bağlı vəziyyətin pisləşməsindən, Azərbaycanın bəzi KİV-lərinə təzyiqdən narahatçılıq keçirdiyini bildirdi. "Hökümət orqanları onların ünvanına tənqidlə çıxış edən KİV-ləri susmağa məcbur etməməlidirlər", - deyə T.Lloyd qeyd edib.

Xəbər lenti

Xəbər lenti