Azərbaycan iqtisadiyyatın inkişaf templəri və investisiya cəlbediciliyinə görə dünya ölkələri arasında liderdir və kredit reytinqi üzrə Türkiyəni iki pillə qabaqlayır. Trend in xəbər verdiyi kimi, bu barədə iqtisadi inkşaf naziri Heydər Babayev noyabrın 7-də parlamentin 2007-ci ilin dövlət büdcəsinin müzakirəsinə həsr olunmuş iclasında bildirib.
Onun sözlərinə görə, BTC neft kəmərinin istismara verilməsi, Bakı-Ərzurum-Tiflis qaz kəmərinin inşası, bütün istiqamətlər üzrə tranzit dəhlizlərin inkişafı nəticəsində Azərbaycan regional əhəmiyyətli mərkəzə çevrilib. Hazırda əsas məqsəd artan gəlirlərin səmərəli istifadəsindən ibarətdir.
"Prezidentin strategiyasının prioritet istiqamətlərindən biri 5 il ərzində 600 min yeni iş yerinin açılmasıdır. Qeyri-neft sektorunda məşğulluğun artırılması istiqamətində görülən tədbirlər öz bəhrəsini verir. Bu işdə özəl sektor əsas rol oynayır. Kiçik və orta biznesin maliyyə tələbatını təmin etmək üçün Sahibkarlığa Dəstək Milli Fondu real mənbə kimi çıxış edir", - deyə nazir qeyd edib.