...

Zurab Qumberidze: Gürcüstan qaz təchizatı məsələsi ilə bağlı qərarını bir aydan sonra bildirəcək

Siyasət Materials 8 Noyabr 2006 15:37 (UTC +04:00)

Noyabr ayı ərzində Gürcüstan hökuməti Azərbaycan, Türkiyə və İranla ölkənin qaz təchizatı məsələsi ilə bağlı danışıqlar aparır. Trend in xəbər verdiyi kimi, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze bəyan edib.

O qeyd edib ki, intensiv danışıqlar aparılır və bu müddət bitən kimi Gürcüstan öz qərarını bildirəcək.

Xatırladaq ki, ötən həftə Rusiyanın "Qazprom" şirkəti bəyan edib ki, Gürcüstana tədarük olunan qazın qiymətini gələn ildən dünya səviyyəsinədək artıracaq (1000 kubmetr 230 dollara).

Xəbər lenti

Xəbər lenti