...

Azərbaycan və Cənubi Koreya nəqliyyat sahəsində memorandum imzalayıblar

Siyasət Materials 15 Noyabr 2006 20:06 (UTC +04:00)

Azərbaycan nəqliyyat naziri Ziya Məmmədovun Cənubi Koreyaya səfəri zamanı Azərbaycanın bu ölkədən avtomobil almasına imkan yaradacağını özündə ehtiva edən memorandum imzalanıb. Bu haqda Trend -in məlumatına görə, Azərbaycan nəqliyyat nazirinin birinci müavini Musa Panahov xəbər verib.

Bu səfər zamanı nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq məsələsi, xüsusilə də Bakı şəhərinin nəqliyyat infrastrukturlarının yüngülləşdirilməsi üçün avtobusların təchizi məsələsi də müzakirə olunub.

Avtobuslar xüsusi sərnişin daşıyıcılar tərəfindən alınacaq. Nazirlik isə Azərbaycanda sərnişin daşınması üçün istifadə olunacaq avtomobillərin standartlarını müəyyən edən tənzimləyici funksiyasını yerinə yetirir.

Birinci mərhələdə 200 belə avtobusun gətirilməsi təxmin edilir. Gələcəkdə isə 500-ü də alınacaq.

Bütün bu işlər Azərbaycan prezidentinin "2006-2007-ci illərdə Bakı şəhərində nəqliyyat sistemini təkmilləşdirmək haqqında" fərmanı çərçivəsində həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti