...

"Trend" agentliyi KİV nominasiyasında "İlin ən yaxşı şirkəti" milli mükafatına layiq görülüb

Siyasət Materials 20 Noyabr 2006 12:40 (UTC +04:00)
"Trend" agentliyi KİV nominasiyasında "İlin ən yaxşı şirkəti" milli mükafatına layiq görülüb

Noyabrın 19-da "Gülüstan" sarayında Consulting & Business jurnalının təsis etdiyi "İlin ən yaxşı şirkəti" nüfuzlu milli mükafatının təqdimetmə mərasimi keçirilib. Trend informasiya agentliyi Kütləvi İnformasiya Vasitələri nominasiyasında "İlin ən yaxşı şirkəti" mükafatına layiq görülüb.

Mükafatın laureatları Azərbaycanın sosial-iqtisal həyatında fəal iştirak edən aparıcı şirkət və müəssisələrdir.

Bundan başqa, Azersun Holding (Holdinq) şirkəti, Akkord Group (Sənaye-tikinti qrupu), Azercell Telecom (İlin şirkəti), Azərigazbank (Bank), Atashgah (Sığorta), Shirvan Oil (Neft hasilatı), Garadagh Sement (Tikinti materiallarının istehsalı), Baku-Castel (Yeyinti şirkəti), ISR Plaza (Biznes mərkəzi), İctimai televiziya (Ən yaxşı teleradio şirkəti), Nurgün Motors (Diler), Sənayecihaz (sənaye istehsalı) və başqaları da milli biznes mükafatına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti