...

Ziyad Səmədzadə: "2007-ci ilin dövət büdcəsi miqyasına, strukturuna görə əvvəlki illərdən xeyri fərqlənir"

Siyasət Materials 22 Noyabr 2006 18:04 (UTC +04:00)

"2007-ci ilin dövət büdcəsi özünün miqyasına, strukturuna görə əvvəlki illərdən xeyri fərqlənir". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Milli Məclisin iqtisadi-siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib.

O bildirib ki, büdcə layihəsində sosial bloka ayrılan xərclərin artırılması nəzərdə tutulur.
Elm sahəsinin xərcləri əhəmiyyətli dərəcədə artacaq. Z.Səmədzadə qeyd edib ki, elmə ayrılan vəsaitin azlığı deputatlar tərəfindən narazılıqla qarşılanıb, özü də bu məsələ ilə bağlı fikrini bildirib.

İctimai Televiziyaya ayrılan vəsaitin azaldılmasına toxunan millət vəkili bildirib ki, İTV-yə birinci il vəsaitin çox ayrılması lazımi vəsaitlərin alınması, əsaslı təmir işləri aparılması ilə bağlı olub: "İndi bu proseslər başa çatıb, İTV-yə cari xərcləri ödəmək üçün vəsait ayrılacaq. Bu barədə Maliyyə Nazirliyi hökumətə məlumat verəcək".

İqtisadçı alim Z.Səmədzadə qiymət artımı probleminə də toxunub. Qeyd edib ki, büdcə vəsaitləri üzərində nəzarətin gücləndirilməsi, büdcənin şəffaflığının təmin edilməsi, tenderlərin keçirilməsinə nəzarət, xaricdən alınan malların qiymətlərinin müqayisəli şəkildə öyrənilməsi, auksionların keçirilməsi və digər tədbirlər qiymətlərin sabitliyə, sürətlə artmamasına gətirib çıxara bilər. Onun sözlərinə görə, manatın məzənnəsinin möhkəmlənməsinin mənfi cəhətləri ilə yanaşı müsbət tərəfləri də var: "Bu da ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı dollarlaşmadan yavaş-yavaş xilas olur. Manatın məzənnəsi möhkəmləndikcə dolların xüsusi çəkisi aşağı düşür. Amma eyni zamanda manatın məzənnəsinin güclənməsi bizim eksport potensialımıza mənfi təsir edir. Ona görə də inflyasiyanı törədən amillərin hamısı açıqlanmalıdır".

Xəbər lenti

Xəbər lenti