...

Azərbaycanda Ukraynadakı aclıq nəticəsində həlak olanların anma günü keçirilir

Siyasət Materials 24 Noyabr 2006 17:20 (UTC +04:00)

Azərbaycandakı Ukrayna səfirliyi Ukraynadakı aclıq qurbanlarının anma gününü keçirir. Səfirlikdən Trend -ə məlumat veriblər ki, bu munasibətlə Müqəddəs Sülhpərvər Qadınlar adlanan konfederal kilsəsində matəm mitinqi təşkil olunub.

Səfirliyin və Bakı Slavyan Universitetinin birgə təşəbbüsü ilə universitetdə faciənin 73-cü ildönümünə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

1932-1933-cü illərdə Ukraynadakı aclığı ölkədə Ukrayna xalqına qarşı soyqırım kimi hesab edirlər. On milyondan çox günahsız insanın həlak olduğu Ukraynadakı aclıq sovet totalitar rejiminin Ukrayna xalqının məhv olmasına yönələn qəddar hərəkətidir. Ukrayna xalqı totalitar maşının insana nifrət bəsləyən fəaliyyətinə, ətraf aləmin laqeydliyi və susmasına baxmayaraq həmin ağır zamanlarda sağ qalıb.

Xəbər lenti

Xəbər lenti