...

Azərbaycan Respublikasının Ailə Məcəlləsi dəyişdiriləcək

Siyasət Materials 24 Noyabr 2006 17:39 (UTC +04:00)

"Biz Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər etmək istəyirik. Bununla maraqlananları bu işdə iştirak etməyə dəvət edirəm", - deyə Milli Məclisin sosial siyasət üzrə daimi komissiyasının sədri Hadı Rəcəbli Trend ə bildirib.

Milli Məclisin sosial siyasət üzrə daimi komissiyasında gənc ailələrin sosial müdafiə səviyyəsinin qaldırılmasının, ipotekanın şərtlərinin yaxşılaşdırılmasının lazımlı olduğunu hesab edirlər.

"Sovet dövrundə qadınlar doğuşdan sonra analıq məzuniyyətində olarkən, bir il ərzində əmək haqqının 100%-ni alırdılar. Biz istəyirik ki, Azərbaycanda həm də büdcə maliyyələşdirilməsinin artdığı vaxtda, qadınlar doğuşdan sonra bütün analıq məzuniyyətinin bir ili ərzində heç olmasa əmək haqqının 50%-ni alsınlar", - deyə H.Rəcəbli bildirib və qeyd edib ki, Azərbaycanda minimal yaşayış minimumunun (MYM) məqsədinin başa düşülməsi üzrə Amerika prinsipinə əsaslanmaq lazımdır. ABŞ-da hesab edirlər ki, hər bir işçinin minimal əmək haqqı bütün ailənin MYM-ni təmin etməlidir. Azərbaycanda isə sovet prinsipi fəaliyyət göstərir - hər bir insanın əmək haqqı məhz onun minimal yaşayış səviyyəsini təmin edir.

Xəbər lenti

Xəbər lenti