...

Samuxda kommunal məsələlərlə bağlı müşavirə keçirilib

Siyasət Materials 8 Dekabr 2006 13:47 (UTC +04:00)

Samux rayonunda kommunal məsələlərlə bağlı müşavirə keçirilib. Trendin Qərb Bürosunun verdiyi məlumata görə, tədbirdə bütün idarə və müəssələrin rəhbərləri iştirak edib.

Çıxış edənlər bildirib ki, dekabr ayında rayonda işıq və qaz pullarının yığım faizinin 100 faizə çatdırılması qarşıya məqsəb qoyulub. Bu istiqamətdə rayonda bir sıra işlər görülməkdədəir.

Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin verdiyi məlumata görə, Samuxda noyabr ayında mavi yanacağa görə yığım 76 %, elektrik enerjisinə görə yığım faizi isə 70 % təşkil edib. "Ölkə başçısının tapşırığına görə, ilin sonunua kimi respublika ərazisində enerji pullarının yığımı 100 %-ə çatdırılmlıdır. Samux raoynu ilin sonuna yığımı 100 %-ə çatdırmağa çalışacaq" - deyə icra başçısı bildirdi.

Xəbər lenti

Xəbər lenti