...

Gürcüstanın baş naziri: Gürcüstan Azərbaycan qazının xeyrinə Rusiya qazından imtina edir

Siyasət Materials 20 Dekabr 2006 13:02 (UTC +04:00)
Gürcüstanın baş naziri: Gürcüstan Azərbaycan qazının xeyrinə Rusiya qazından imtina edir

Gürcüstanın əsas qaz tədarükçüsü qonşu Azərbaycan olacaq. Trend in Tbilisi müxbiri xəbər verir ki, bu barədə bu gün hökumətin iclasında baş nazir Zurab Noqaideli bildirib.

Onun sözlərinə görə, əsas enerji tədarükçüsü olan Rusiyanın qazından Azərbaycanın xeyrinə imtina edilir.

Baş nazir vurğulayıb ki, bu gündən etibarən Azərbaycan qazının Gürcüstana tədarükü ilə bağlı danışıqlara bilavasitə Gürcüstan prezidenti Mixail Saakaşvili də qoşulacaq.

Baş nazirin sözlərinə görə, Gürcüstana təbii qaz tədarükü ilə bağlı məsələ yaxın bir neçə gün ərzində həll ediləcək.

O bildirib: "Prezidentin Türkiyəyə səfəri çərçivəsində "Şahdəniz"dəki Türkiyə payından qaz alınması ilə bağlı razılaşmanın bütün detalları razılaşdırılacaq.

Z.Noqaideli qeyd edib ki, həftənin sonlarından başlayaraq Gürcüstan "Şahdəniz"dən qaz alacaq.

Baş nazir həmçinin qeyd edib ki, ölkə hakimiyyəti artıq bir neçə aydır ki, enerji daşıyıcılarının tədarükü mənbələrinin diversifikasiyası üzərində işləyir və artıq "müəyyən uğurlar" var.

Xəbər lenti

Xəbər lenti