...

Qazaxıstan hökuməti istefaya gedib

Siyasət Materials 8 Yanvar 2007 14:07 (UTC +04:00)
Qazaxıstan hökuməti istefaya gedib

Baş nazir Danial Axmetovun başçılıq etdiyi Qazaxıstan hökuməti istefaya gedir. İnformasiyaya malik mənbədən Trend in Astanadakı müxbirinə bildiriblər ki, bu barədə bazar ertəsi hökumətin Astanada keçirilən iclasında Danial Axmetov özü elan edib. Bu iclas mətbuat üçün bağlı qapılar arxasında keçrilir.

Qanunvericiliyə uyğun olaraq dövlət başçısı parlamentin razılığı ilə yeni baş nazir təyin edir və artıq məlumdur ki, parlament palatalarının birgə iclası yanvarın 10-na təiyn edilib.

52 yaşlı D.Axmetov hökumətə 2003-cü ilin yayından başçılıq edir. Müxtəlif illərdə Pavlodar və Şimali Qazaxıstan vilayətlərinin akimi (administarsiya rəhbəri) olub.

Xəbər lenti

Xəbər lenti