...

Naxçıvan şəhəri ərazisindən tapılmış silah-sursatla bağlı araşdırmalar aparılır

Siyasət Materials 9 Yanvar 2007 15:07 (UTC +04:00)

Naxçıvan şəhəri ərazisindən tapılmış silah-sursatla bağlı araşdırmalar aparılır. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən məlumat verilib.

1 ədəd nömrəsiz qaz tapançasından, 1 ədəd əldədüzəltmə qumbaradan, 800 ədəd avtomat patronundan, 6 ədəd patron darağından və 1 ədəd patron darağı üçün çantadan ibarət silah-sursatı Naxçıvan MR DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları aşkar edib.

Faktla əlaqədar Naxçıvan polisi tərəfindən araşdırmalar davam etdirilir, silah-sursatın kim tərəfindən və hansı şəraitdə əraziyə atılması hələlik məlum deyil.

Xəbər lenti

Xəbər lenti