...

Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri "20 yanvar" günü ilə əlaqədar tədbirlər planını təsdiq edib

Siyasət Materials 15 Yanvar 2007 13:00 (UTC +04:00)

Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri Ramiz Mehdiyev "20 yanvar" günü ilə əlaqədar tədbirlər planını təsdiq edib. Bu barədə eksklüziv olaraq Trend ə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbə rəhbəri Əli Həsənov bildirib. O qeyd edib ki, həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda "20 yanvar" cünü ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. İlk növbədə əhalinin Şəhidlər Xiyabanına ziyarəti təşkil ediləcək. Rayonlarda, dövlət strukturlarında da bu gün qeyd ediləcək, şəhid ailələrinə və əlillərə qayğı göstəriləcək.

Ə.Həsənov həmçinin bildirib ki, Azərbaycan diasporu və Azərbaycanın xarici ölkələrdəki səfirlikləri digər dövlətlərdə bu günə həsr olunmuş tədbirlər həyata keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti