...

Qazaxıstanda "Neft nəqlinin Qazaxıstan-Xəzər sistemləri" layihəsi üzrə memorandum imzalanıb

Siyasət Materials 24 Yanvar 2007 17:43 (UTC +04:00)
Qazaxıstanda "Neft nəqlinin Qazaxıstan-Xəzər sistemləri" layihəsi üzrə memorandum imzalanıb

Astanada çərşənbə günü "Neft nəqlinin Qazaxıstan-Xəzər sistemləri" layihəsi üzrə əməkdaşlığın əsas prinsipləri üzrə "Qarşılıqlı anlaşma haqqında" memorandum imzalanıb. Bu barədə Trend in Astanadakı xüsusi müxbiri xəbər verir.

Bu sənəd "Kazmunayqaz" NK SC, Şimali Xəzər layihəsi üzrə PSA sazişi üzrə podrat şirkətlər və "Kazmunayqaz"ın tərkibində Tengiz qrupu, Chevron Ltd, ExxonMobil Kazakhstan arasında əldə olunmuş razılaşmanın nəticəsi oldu.

"İmzalanmış memorandum "Neft nəqlinin Qazaxıstan-Xəzər sistemləri"nin yaradılması üçün ilk addımdır və gələcəkdə karbohidrogen xammalının ixrac axınlarının sonrakı diversifikasiyasına xidmət edəcək", - deyə "Kazmunayqaz"ın prezidenti Uzakbay Karabalin bildirib.

"Neft nəqlinin Qazaxıstan-Xəzər sistemləri", ilk növbədə, Kurık-Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə Şərq-Qərb enerji dəhlizi ilə Xəzər dənizi vasitəsilə "Kaşagan" və "Tengiz" yataqlarında hasil edilən Qazaxıstan neftinin artan həcmlərinin ixracı üçün nəzərdə tutulub.

Layihənin uğurla reallaşdırılması üçün şəraitin yaradılması məqsədilə 16 iyun 2006-cı il tarixində Qazaxıstan və Azərbaycan arasında Xəzər və Azərbaycan ərazisindən keçməklə BTS sistemi vasitəsilə Qazaxıstan neftinin dünya bazarlarına nəqlinə yardım və bunun dəstəklənməsi haqqında müqavilə imzalanıb.

"Neft nəqlinin Qazaxıstan-Xəzər sistemləri" çərçivəsində Qazaxıstan neftinin ixracının təmin olunması üçün Qazaxıstan ərazisində Kurık limanına qədər neft kəmərinin və Xəzərin Qazaxıstan sahilində neft terminallarından, Azərbaycan sahilində 2 neft terminalından, tanker və BTC sisteminə qədər birləşdirici sistemlərdən ibarət Transxəzər sisteminin yaradılması planlaşdırılır.

Planlaşdırılır ki, "Neft nəqlinin Qazaxıstan-Xəzər sistemləri" ilkin mərhələdə gələcəkdə 38 mln. tona qədər artırılmaqla, ildə 25 mln. ton neftin nəqlini təmin edəcək.

"Neft nəqlinin Qazaxıstan-Xəzər sistemləri"nin layihələndirilməsi, tikintisi və istismara verilməsi 2010-2011-ci illərdə "Kaşagan" yatağında neft hasilatının başlanmasına qədər planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti