Qars əyalətində (Türkiyə) Türkiyə və Ermənistan arasında dostluğu əks etdirən abidənin ucaldılması dayandırılıb. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov bildirib.
O qeyd edib ki, bu barədə Qars rəhbərliyindən məlumat verilib. Xatırladaq ki, bundan öncə Qarsın bələdiyyə sədri həmin abidənin Qarsın mərkəzində ucaldılması barədə qərar vermişdi.