...

Dövlət Komitəsinin sədri: "Azərbaycanda ailələr haqqında statistik baza hazırlanır"

Siyasət Materials 6 Fevral 2007 12:25 (UTC +04:00)
Dövlət Komitəsinin sədri: "Azərbaycanda ailələr haqqında statistik baza hazırlanır"

Azərbaycanda ailələr haqqında statistik baza hazırlanır. Trend in məlumatına görə, bu barədə fevralın 6-da keçirdiyi mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açıqlama verib.

O bildirib ki, ailələrlə bağlı monitorinqlər aparılır və hələlik sonuncu məlumatlara görə, Azərbaycanda bir milyon 800 minə yaxın ailə var. H.Hüseynova qeyd edib ki, statistik bazaya maraqlı məlumatlar toplanır və yekun nəticə yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq. Ailələrin problemlərinin araşdırılması zamanı məlum olub ki, çətinliklər əsasən kişilərin xarici ölkələrə getməsi nəticəsində qadınların tənha, uşaqları ilə tək qalmasıdır. H.Hüseynovanın sözlərinə görə, əvvəlki illərlə müqayisədə indi həmin kişilərin əksəriyyəti öz ailələrinə qayıdıblar.

Həmçinin ən böyük problem erkən nigahlar və ailə qurularkən rəsmi nigahın bağlanmamasıdır. H.Hüseynovanın sözlərinə görə, Azərbaycanda qızların qanunla nigaha daxil olma yaşının 17-dən 18-ə qaldırılmasına dair Milli Məclisə təklif olunmuş təklif deputatlar tərəfindən birmənalı qarşılanmır, buna etiraz edənlər var. Komitə sədrinin sözlərinə görə, qızların və oğlanların nigah yaşlarının artırılması zərurəti Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların şərtlərindən irəli gəlir.

Xəbər lenti

Xəbər lenti