...

ADP-nin MNTK-sı Ali Məclisin iclasını çağıranların barəsində qərar çıxaracaq

Siyasət Materials 15 Fevral 2007 19:41 (UTC +04:00)

Fevralın 16-da ADP-nin Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) partiyanın Nizamnaməsinə zidd olaraq Ali Məclisinin iclasını çağıranlarla bağlı qəti qərar qəbul edəcək. Bu barədə Trend ə ADP-dən məlumat verilib.

Qeyd edək ki, ADP-nin hakimiyyətlə konstruktiv dialoq qurmasına dair Ali Məclisin 27 yanvar 2007-ci il tarixli qərarı ilə razılaşmayan narazı üzvlər məclisin növbədənkənar iclasını çağırıblar. MNTK isə bunun qanuna və Nizamnaməyə zidd olduğunu bəyan edərək onlar barəsində inzibati tədbir görəcək.

Ali Məclisin sədri vəzifəsindən çıxarılmış Akif Şahbazovun da iş otağında təhvil-təslim işi aparılıb. Təhvil-təslim zamanı A.Şahbazovun iş otağında Ali Məclisə dair sənədlərin olmaması aşkarlanıb. Partiyaya məxsus digər sənədlər siyahıya alınaraq aktlaşdırılıb. A.Şahbazova məxsus şəxsi əşyalar da aktlaşdırılıb və özünə qaytarılacaq.

Xəbər lenti

Xəbər lenti