...

Qanunsuz olaraq sərhədi keçməkdə ittiham olunan üç azərbaycanlı Gürcüstan vətəndaşı hələ də Ermənistandadır

Siyasət Materials 16 Fevral 2007 13:11 (UTC +04:00)

Qanunsuz olaraq sərhədi keçməkdə ittiham olunan üç azərbaycanlı Gürcüstan vətəndaşı hələ də Ermənistandadır. Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxov bildirib.

E.Poluxov bildirib ki, hər üç nəfər Gürcüstan və Ermənistan arasında hələ delimitasiya və demarkasiya edilməyən mübahisəli sərhəd ərazisində ağac qırarkən eməni sərhədçiləri tərəfindən saxlanılıb.

Diplomat qeyd edib: "İki azərbaycanlını erməni səhədçiləri 10-12 gün bundan qabaq tutublar və hazırda onlar Yerevanda məhkəməni gözləyirlər. Daha bir azərbaycanlı isə 5 gün bundan qabaq saxlanılıb. Onun azad edilməsi ilə bağlı danışıqlar aparılır. Azərbaycan səfirliyinin təşəbbüsü ilə prosesə Gürcüstanın xalq müdafiəçisi də qoşulub".

E.Poluxov həmçinin iki nəfər azərbaycanlı Gürcüstan vətəndaşının azad edilməsi ilə bağlı məsələyə də aydınlıq gətirib. Diplomatın sözlərinə görə, ər və arvad həqiqətən mübahisəli ərazidə saxlanılıblar, lakin saxlanılan zaman onlar yerli polislə telefon əlaqəsi saxlaya biliblər və polislərin vaxtında işə müdaxiləsi həmin şəxslərin Ermənistana aparılmasına mane olub.

Xəbər lenti

Xəbər lenti