...

" Azəriqaz " rəhbəri : Qazın qiymətinə yenidən baxılması planlaşdırılmır

Siyasət Materials 26 Fevral 2007 20:00 (UTC +04:00)
"  Azəriqaz  "   rəhbəri  :   Qazın     qiymətinə     yenidən     baxılması     planlaşdırılmır

Azərbaycan,Bakı/müxbir Trend İ.Əlizadə/"Azəriqaz" QSC qaza olan qiymətin artırılması təklifi ilə Tarif Şurasına təkliflər göndərməyib. Bu barədə bü gün "Azəriqaz" QSC-nin rəhbəri Əlixan Məlikov jurnalistlərə bildirib.

O, qeyd edib ki, 2007-ci ilin yanvarında Azərbaycanda qazın qiyməti Tarif Şurası tərəfindən dəyişdirilib.

"Lakin yanvarda qaz qiymətinin artımı əhaliyə aid edilməyib", deyə o, bildirib.

"Abunəçilərə satılan qazın qiymətinin yenidən dəyişdirilməsi planlaşdırılmır və Tarif Şurasına heç bir təklif təqdim olunmayıb", deyə A.Məlikov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti