...

Azərbayacan parlamenti "RussNeft" şirkətinin PSA tipli müqaviləsini ratifikasiaya edib

Siyasət Materials 6 Mart 2007 19:37 (UTC +04:00)
Azərbayacan parlamenti "RussNeft" şirkətinin PSA tipli müqaviləsini ratifikasiaya edib

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti çərşənbə axşamı Dövlət Neft Şirkətinin Rusiyanın "RussNeft" şirkəti ilə quruda olan "Hövsan"-"Zığ" neft yataqlarının birgə işlənməsi barədə müqaviləsini ratifikasiya edib.

Əməliyyat şirkəti "RussNeft Absheron Investment Limited" adlanacaq. Rusiya şirkəti ARDNŞ-lə PSA tipli müqaviləni ötən il noyabr ayının əvvəlində imzalayıb. Müqavilədə ARDNŞ 25 faiz, "RussNeft" isə 75 faiz iştirak payına malikdir. Müqaviləyə əsasən, şirkət 2 ildən sonra "Hövsan"-"Zığ" neft yataqlarında neft hasilatını 1,5 dəfə artırmalıdır.

"Zığ" neft yatağının ərazisi 65 kvadrat kilometr təşkil edir. Neft ehtiyatı isə 12 mln. ton təşkil edir. Yataq 1935-ci ildə kəşf edilib. Ərazidə 234 quyu var ki, bunlardın da 168-i müxtəlif dövrlərdə istismarda olub. Hazırda isə neft çıxarılması əməliyyatları 10 quyu vasitəsi ilə aparılır və sutkalıq hasilat 25 ton neft və 20 min kubmetr qaz təşkil edir. Lay sularının hasilatı isə sutkalıq 470 kubmetrdir.

"Hövsan" yatağı 1948-ci ildə kəşf edilib. Hasilat isə indi sutkada 260 ton neft və 90 min kubmetr qaz həcmindədir. 19 quyu fəaliyyət göstərir.

"RussNeft" ASC 2002-ci ilin sentyabrında yaradılıb. Bu gün şirkətin sutkalıq hasilatı 17 mln., çıxarılacaq ehtiyatları isə 630 mln. tondan çoxdur.

"RussNeft"in balansında 30 qazma aktvivi, 3 neft emalı zavodu, 1 nəqliyyat müəssisəsi, 300 avtoyanacaqdoldurma kompleksi var.

Xəbər lenti

Xəbər lenti