...

"Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun yeni variantı hazırlanır

Siyasət Materials 12 Mart 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun layihəsinin yeni variantı hazırlanır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov bildirib ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun təkmilləşdirilməsi və yenidən hazırlanması üçün Prezidentin İcra Aparatında işçi qrup yaradılıb.

Komissiya sədri qeyd edib ki, prezident İlham Əliyevin bir müddət əvvəl imzaladığı İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planına əsasən, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun layihəsi yenidən hazırlanmalıdır və bu proses gedir. Lakin o, sənəddə əks olunacaq yeniliklərini nədən ibarət olduğunu açıqlamayıb.

"Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun təkmilləşdirilməsi ilə bağlı Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Birosu ilə Azərbaycan hökuməti arasında danışıqlar davam edir.

Xəbər lenti

Xəbər lenti