...

Müxalifətçi Müsavat Partiyası prezident seçkilərinə getməyə hazırlaşmır

Siyasət Materials 16 Mart 2007 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müsavat Partiyası hazırda gələn ilki prezident seçkilərinə hazırlaşmır və müxalifət düşərgəsinin vahid namizədinin müəyyənləşməsi barədə müzakirələr aparmır. Bu barədə partiyanın başqanı İsa Qəmbər açıqlama verib.

Qəmbər Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov və Azərbaycan Demokrat Partiyasının (ADP) keçmiş sədri Rəsul Quliyevlə görüşməsi, danışıqlar aparması barədə yayılan məlumatları da təkzib edir və onlarla prezident seçkiləri və digər məsələlər barədə heç bir müzakirələr aparmadığını deyir: "Müsavat Partiyası hazırda prezident seçkilərinə birbaşa şəkildə hazırlaşmır. Çünki bizi hazırda prezident seçkiləri, hətta müxalifətin vahid namizədi kimi uydurma məsələlər də maraqlandırmır. Biz cəmiyyətin problemlərilə maraqlanır, insanların öz taleyinə sahib çıxmasına çalışırıq".

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İ.Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti