...

Azərbaycanın aparıcı müxalifət partiyaları danışıqlara başlamaları haqda məlumatı təkzib edirlər

Siyasət Materials 6 Aprel 2007 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Milli İstiqlar Partiyasının (AMİP) lideri Etibar Məmmədovla Müsavat Partiyasının başqanı İsa Qəmbərin ittifaqının yaradılması üçün danışıqlar aparılmır. Bu barədə cümə günü Bakıda Müsavat Partiyası Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

A.Hacılının sözlərinə görə, E.Məmmədovla İ.Qəmbər arasında heç bir gürüş olmayıb. Eyni zamanda, belə bir görüşün keçirilməsi üçün Müsavata müraciət daxil olmayıb.

"Amma seçkilər yaxınlaşdıqca liderlərin bir araya gəlməsi daha çox aktuallaşır. AMİP-çilər rəsmi qərarla Müsavatın keçirdiyi aksiyalarda iştirak edirlər. Əməkdaşlıq yalnız bundan ibarətdir", -deyə A.Hacılı əlavə edib.

AMİP sədri Ayaz Rüstəmov da qeyd edib ki, E.Məmmədovla İ.Qəmbər arasında heç danışıq aparılmır. Eyni zamanda, AMİP -lə Müsavatın bir araya gəlməsini nəzərdə tutan hər hansı layihə də mövcud deyil.

Xəbər lenti

Xəbər lenti