...

Azərbaycanın baş naziri Rusiyanın birinci prezidentinin vida mərasimində iştirak edir

Siyasət Materials 25 Aprel 2007 14:26 (UTC +04:00)
Azərbaycanın baş naziri Rusiyanın birinci prezidentinin vida mərasimində iştirak edir

Rusiya, Moskva /müx. Trend R.Ağayev/ Azərbaycanın baş naziri Artur Rasizadə bu gün Moskvada Rusiyanın birinci prezidenti Boris Yeltsinin dəfn mərasimində iştirak edir. Trend in Moskvadakı xüsusi müxbirinin verdiyi məlumata görə, Xilaskar İsa məbədində keçirilən liturgiyada mindən çox xarici qonaq iştirak edib.

Rusiyanın birinci prezidentini son mənzilə yola salmaq üçün Moskvaya postsovet ölkələrindən Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Belarus prezidenti Aleksandr Lukaşenko, Ermənistan prezidenti Robert Köçaryən, Ukrayna baş naziri Viktor Yanukoviç, bu ölkənin sabiq prezidenti Leonid Kuçma, Tacikistan baş naziri Akil Akilov, Latviyanın hazırkı və sabiq prezidentləri - Valdas Adamkus və Algirdas Brazauskas, Estoniya prezidenti Toomas Hendrik İlves, Qırğızıstan baş naziri Almazbek Atambayev və Gürcüstan parlamentinin spikeri Nino Burcanadze gəlib.

Avropa komissiyasını isə xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə komissar Benita Ferrero-Valdner təmsil edir. Rusiya KİV-lərinin məlumatına görə, dəfn mərasimində həmçinin ABŞ-ın sabiq prezidentləri Bill Klintonla Corc Buş (ata), Almaniya prezidenti Horst Keler, York Hersoqu Endrü (Böyuk Britaniya), Fransa xarici işlər naziri Filipp Dust-Blazi, İtaliyanın sabiq baş naziri Culio Andreotti, eks-prezidentlər Mauno Koyvisto (Finlandiya), Jelyu Jelev (Bolqarıstan), Lex Valensa (Polşa) və digərləri iştirak edir.

76 yaşlı Boris Yeltsin srağagün Moskvada ürək çatışmazlığından dünyasını dəyişib.

Rusiyanın birinci prezidenti bu gün torpağa tapşırılacaq. Aprelin 25-i Rusiyada matəm günü elan olunub.

Xəbər lenti

Xəbər lenti