...

ABŞ Dövlət Departamentinin nümayəndəsi: "Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyib"

Siyasət Materials 27 Aprel 2007 13:02 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin nümayəndəsi: "Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyib"

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynov, A.Qasımova/ ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyib. Bu sözləri dünən Vaşinqtonda keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Tom Keysi deyib.

"Bizim Dağlıq Qarabağla bağlı siyasətimiz dəyişməyib və bu hesabatda yer alan məqamların heç biri əvvəlki siyasətimizdən fərqli kimi başa düşülməməlidir" - deyə o bildirib.

"İnsan haqlarına dair hesabatda digər sənədlərimizdə olduğu kimi, biz bacardığımız qədər səliqəli olmağa çalışırıq. Siyasətimiz əvvəlki kimi qalır və mən hesab edirəm ki, əsas olanı elə budur" - deyə Keysi vurğulayıb.

ABŞ Dövlət Departamenti martın 6-da insan haqlarına dair hesabatını açıqlayıb. Bu sənəddə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonu işğal etməsi faktı yer alıb. Aprelin 20-də isə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını təsdiqləyən müddəa dəyişdirilib.

ABŞ-ın rəsmi nümayəndələri edilən dəyişikliklərin vacibliyini mövqelərinin yanlışlığı ilə əlaqələndiriblər.

Bununla əlaqədər rəsmi Bakı hökumət üzvlərindən ibarət nümayəndə heyətinin Vaşinqtona planlaşdırılan səfərini təxirə salıb. Qeyd edək ki, səfərin məqsədi təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələri aparmaq idi.

Aprelin 25-də Dövlət Departamenti hesabatı əvvəlki varianta qaytarıb.

Xəbər lenti

Xəbər lenti