...

Türkiyənin millət vəkili: "AKP növbəti seçkilərdə yenə də prezidentliyə Abdulla Gülün namizədliyini irəli sürəcək"

Siyasət Materials 4 May 2007 19:19 (UTC +04:00)
Türkiyənin millət vəkili: "AKP növbəti seçkilərdə yenə də prezidentliyə Abdulla Gülün namizədliyini irəli sürəcək"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türkiyənin Böyük Millət Məclisi tərəfindən keçirilən cümhurbaşqanı (prezident) seçkilərinin ilk turu Konstitusiya Məhkəməsi tərəfindən tanınmadı və yenidən ilk turun keçirilməsinə dair qərar çıxarıldı. Bazar günü Türkiyə parlamenti təkrarən seçkilərin ilk turunu keçirəcək.

Türkiyə parlamentinin deputatı, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkili Atilla Başoğlu seçkilərlə bağlı mövcud durumu Trend Agentliyinə şərh edib.

Atilla Başoğlu qeyd edib ki, Türkiyə Konstitusiyasına görə, namizədin qalib gəlməsi üçün Böyük Millət Məclisində 367 səs toplamalıdır. Lakin millət vəkilinin sözlərinə görə, bu rəqəm ölkədə problem yaradır. Onun sözlərinə görə, AKP bazar günü keçiriləcək ilk turda və ondan sonrakı seçkilərdə də bu bu göstəricini əldə edə bilməyək: "AKP-nin bu qədər səs toplaması mümkün deyil. Ona görə də Konstitusiyanın həmin maddəsinin dəyişdirilməsi istiqamətində iş aparılır. Seçkilərdə 5+1 prinsipini qanuniləşdirməyə çalışırıq. Əgər bu, qanunda təsbit edilərsə, əlavə referendumun keçirilməsinə də ehtiyac yaranacaq"-deyə Başoğlu bildirib.

Qeyd edək ki, iyunun 22-ə Türkiyədə erkən parlament seçkiləri təyin olunub. A.Başoğlu bildirib ki, bu seçki ilə bərabər, eyni gündə prezidentin xalq tərəfindən seçilib-seçilməməsini müəyyəndəşdirmək üçün referendum da keçiriləcək. "Əgər hər hansı problemlər yaranmaszsa, 22 iyunda millət vəkillərinin seçkisi ilə yanaşı, referendumla prezidentin vətəndaşlar tərəfindən seçilməsini istəyib-istəmədiyi əhalidən soruşulacaq. Qutular açılanda yeni seçilən millət vəkillərinin adları məlum olacaq, həmçinin digər qutulardan isə dövlət başçısının Böyük Millət Məclisi, yoxsa ölkə vətəndaşları tərəfindən seçilməsinə dair cavablar çıxacaq. Əgər prezidentin əhali tərəfindən seçilməsi rəyi səs çoxluğu qazanarsa, o zaman dövlət başçısı postuna yeni seçki dövrü başlayacaq".

Başoğlu əlavə edib ki, bundan sonra namizədlər irəli sürüləcək. Onun sözlərinə görə, hər bir kəs, həmçinin siyasi partiyalar namizəd irəli sürə bilərlər. Başoğlu onu da vurğulayıb ki, AKP yenə də indiki xarici işlər naziri Abdulla Gülün namizədliyini irəli sürəcək.

Millət vəkili ölkədaxili durumu şərh edərkən, hazırda yaranmış fikir müxtəlif liyini, siyasi polemikaları gərginlik kimi qiymətləndirmədiyini deyib.

Xəbər lenti

Xəbər lenti