...

Azərbaycanın AŞ-dakı nümayəndəsi: XİN rəhbəri Strasburqda ATƏT-in Minsk qrupu həmsədrləri ilə Qarabağ problemini müzakirə edib

Siyasət Materials 11 May 2007 17:03 (UTC +04:00)
Azərbaycanın AŞ-dakı nümayəndəsi: XİN rəhbəri Strasburqda ATƏT-in Minsk qrupu həmsədrləri ilə Qarabağ problemini müzakirə edib

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri Strasburqda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması prosesi çərçivəsində görüş keçirib.

Cümə günü Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi, səfir Arif Məmmədovun telefonla bildirdiyinə görə, tərəflər dünən axşam yeməyində görüşüblər. Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 10-da Sankt -Peterburqda keçiriləcək iqtisadi sammit çərçivəsində görüşü barədə razılığın olub-olmaması ilə bağlı sualı cavablandıran səfir bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Sammitdə iştirakı gözlənilir, amma erməni həmkarı ilə məsləhətləşmələrin olacağı hələ məlum deyil.

Məmmədov həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi cümə axşamı Strasburqda Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovun da iştirak etdiyi Avropa Şurası Aqo Qrupunun toplantısında da diqqət mərkəzində olub. Aqo Qrupu nazirləri ayrılıqda Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri Vardan Oskanyanla məsləhətləşmələr aparıblar.İki Qafqaz ölkəsi arasındakı münaqişə 1988-ci ildən Ermənistanın Azərbycana qarşı ərazi iddiaları ilə başlayıb. 1992-ci ildən bəri Azərbaycan ərazilərinin 20%-i - Dağlıq Qarabağ və ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılıq əldə ediblər. İndiyə qədər də Rusiya, Fransa və ABŞ-ın rəhbərlik etdiyi ATƏT-in Minsk Qrupunun himayəsi altında danışıqlar aparılır. Cümə axşamı Madriddə ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı ATƏT-in hazırkı sədri, İspaniya XİN rəhbəri Migel Anxel Moratinosla müzakirə aparıblar. O, iyunun 4-5-də Azərbaycan və Ermənistana səfər edəcək və ölkə başçıları ilə münaqişənin həlli yollarını müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti