...

Azərbaycanın baş naziri Yaltaya yola düşüb

Siyasət Materials 24 May 2007 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ Azərbaycanın baş naziri Artur Rasizadə cümə axşamı MDB hökumət başçıları Şurasının növbəti toplantısında iştirak etmək üçün Yaltaya yola düşüb. Bu barədə Azərbaycan Nazirlər Kabinetinin məlumatında göstərilib.

Birlik ölkələrinin baş nazirləri Yaltada mayın 25-də görüşəcəklər. MDB İcraiyyə Komitəsinin məlumatına görə, görüşün gündəliyinə 25-dən çox məsələ daxil edilib. Hökumət rəhbərləri maliyyə xarekteri daşıyan məsələləri, MDB-də ümumi elektroenergetika bazarının formalaşdırılma problemləri, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, kadrların hazırlanması və ixtisaslarının artırılması, elm və teleradio yayımı ilə bağlı məsələləri müzakirə edəcəklər.

İclasın gündəliyinə MDB-yə üzv dövlətlərin iqtisadi, sosial siyasət, humanitar və hərbi əməkdaşlıq sahəsində qarşılıqlı fəaliyyəti və MDB orqanlarının maliyyə təminatı ilə bağlı məsələlər də daxil edilib.

Azərbaycanın nümayəndə heyətinin tərkibinə həmçinin xarici işlər nazirinin müavini Xələf Xələfov daxildir.

Xəbər lenti

Xəbər lenti