...

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin baş katibi hesab edir ki, Bakı şəhər merinin seçilməsi lazımdır

Siyasət Materials 29 May 2007 14:21 (UTC +04:00)

Fransa,Strasburq/müxbir Trend A.İsmayılova/Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin baş katibi Urlix Boner çərşənbə axşamı Stasburqda Bakı şəhər merinin seçilməsinin lazmlığı barədə bəyan edib.

Azərbaycan jurnalistləri ilə görüşdə o qeyd edib ki, Konqres nümayəndələri bu məsələni Azərbaycan rəhbərliyi ilə müzakirə edib.

Boner hesab edir ki, merin seçilməsi həmçinin ölkədə siyasi balansın saxlanılması nöqteyi-nəzərindən də vacibdir.

Merin seçilməsi Azərbaycanın 2002-ci ildə qoşulduğu Avropa yerli idarəetmə xartiyası tərəfindən nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti