...

Azərbaycan prezidenti məşhur caz ifaçısı Əzizə Mustafazadə və opera müğənnisi Yelena Obraztsovanı qəbul edib

Siyasət Materials 14 İyun 2007 20:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müx.P.Əmircanov/ Azərbaycan pezidenti İlham Əliyev cümə axşamı Beynəlxalq Bakı Caz Festivalında iştirak edən məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı Əzizə Mustafazadəni və anası, tanınmış musiqiçi Elza Mustafazadəni qəbul edib. Bu barədə Trend xəbər verir.Dövlət başçısı Beynəlxalq Bakı Caz Festivalının Azərbaycanın mədəni həyatında əhəmiyyətini vurğulayıb, respublikamızın hüdudlarından kənarda Azərbaycan mədəniyyətini layiqincə təmsil edən Əzizə Mustafazadənin ölkəmizlə bundan sonra da mütəmadi əlaqə saxlayacağına əminliyini ifadə edib. Sənətinə verilən yüksək qiymətə görə prezidentə minnətdarlıq edən Əzizə Mustafazadə əldə etdiyi nailiyyətlərdə dövlət başçısının qayğısını daim hiss etdiyini bildirib.

Prezident İlham Əliyev məşhur opera müğənnisi, SSRİ xalq artisti Yelena Obraztsovanı da qəbul edib. Tanınmış opera müğənnisi ölkəmizdə çox böyük inkişafın getdiyini, aparılan abadlıq işlərinə heyran qaldığını deyib. Dövlət başçısı Azərbaycanın iqtisadi inkişafı, tarixi abidələrimizin qorunması, bərpa edilməsi və mədəniyyətimizin inkişaf etdirilməsi sahəsində görülən işlərdən danışıb.

Xəbər lenti

Xəbər lenti