Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" sərəncam imzalayıb. Bu barədə Trend xəbər verir.
Müvafiq istiqamətdə Azərbaycan dövlətinin daim tədbirlər gördüyünün, lakin hələ də problemlərin tamamilə aradan qaldırılmadığı bildirilən sərəncamda Kür və Araz çaylarının suyundan istifadə edən 100 yaşayış məntəqəsində, o cümlədən Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarında, eləcə də Yevlax, Zərdab, Ağcabədi, Kürdəmir, İmişli, sabirabad, Saatlı, Salyan, Neftçala və Biləsuvar rayonlarında 2007-2008-ci illərdə modul tipli sutəmizləyici qurğların quraşdırılması nəzərdə tutulur. Bu məqsədlə prezidentin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılacaq.
Sərəncamda Nazirlər Kabineti, Ekologiya və Maliyyə nazirliklərinə müvafiq tapşırıqlar verilib.