...

Milli Məclisin payız sessiyasında jurnalistlərin fəaliyyəti ilə bağlı bəzi qanunlara dəyişikliklər gözlənilir

Siyasət Materials 21 İyun 2007 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Milli Məclisin payız sessiyasında jurnalistlərin fəaliyyəti ilə bağlı bəzi qanunlara dəyişikliklər gözlənilir. Bu barədə cümə axşamı Bakıda "Mətbuat və cəmiyyət" mövzusunda keçirilən konfransda millət vəkili Fəzail Ağamalı məlumat verib. Onun sözlərinə görə, parlament jurnalistlərin şərəf və ləyaqətə görə həbs məsələsini Cinayət Məcəlləsindən çıxarılması üçün bəzi hüquqi aktlara dəyişikliklər etməlidir. Bunun əvəzində Mülki Məcəllədə jurnalistlərin mülki məsuliyyət məsələsi artırılmalıdır.

Millət vəkili hesab edir ki, şərəf və ləyaqətin təhqirinə görə hər hansı qəzet və ya digər kütləvi informasiya vasitəsinin fəaliyyəti müəyyən müddətə qapanmalıdır. Belə olan halda KİV rəhbərləri məsuliyyət hiss edər.

Hazırda Azərbaycanda 7 jurnalist həbsdədir.

Xəbər lenti

Xəbər lenti