...

Milli Məclisin deputatları Yunanıstanda səfərə gediblər

Siyasət Materials 26 İyun 2007 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Çərşənbə axşamı Milli Məclisin Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Hadi Rəcəbli, qrupun üzvlərindən Nizami İsgəndərov və Məjlum Şükürov  Yunanıstana gediblər. Bu barədə çərşənbə axşamı Bakıda Milli Məclisin mətbuat xidmətindən məlumat verilirb.

Yunanıstan - Azərbaycan parlamentlərarası dostluq qrupunun dəvəti ilə həmin ölkəyə yollanan deputatlarımız parlamentdə bir sıra görüşlər keçirəcək, qanun yaradıcılığı sahəsində yunan həmkarlarının iş təcrübəsi ilə yaxından tanış olacaqlar. Yunanıstanın  turizm nazirliyində təşkil olunacaq görüşdə isə iki ölkə arasında turizm əlaqələrinin perspektivləri barədə  fikir mübadiləsi aparılacaq.

Səfər zamanı Yunanıstanın səhiyyə, nəqliyyat və kommunikasiya nazirliklərində də görüşlərin keçiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti