...

AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin sədri bölgəyə səfər edəcək

Siyasət Materials 27 İyun 2007 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Asambleyasının (AŞPA) Dağlıq Qarabağ üzrə Alt Komitəsinin sədri, böyük britaniyalı deputat, lord Rassel Conston oktyabrın əvvəllərində bölgəyə səfər edəcək. Bu barədə Alt Komitənin sədri çərşənbə günü Strasburqda azərbaycanlı hüquq müdafiəçiləri və "Azərbaycan Naminə" İctimai Forumun prezidenti, politoloq Eldar Namazovla görüşündə məlumat verib.

Bu barədə çərşənbə günü telefonla hazırda Strasburqda olan "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Namazov məlumat verib.

Namazov bildirib ki, lord Constonun səfərinə hazırlıq görülür, səfər maşrutu dəqiqləşdirilir. Onun Azərbaycan və Ermənistanla yanaşı Dağlıq Qarabağa da səfər edəcəyi gözlənilir.

AŞPA-nın yay sessiyası iyunun 25-də başlayıb və 29-dək davam edəcək. Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edir. Sessiyada həmçinin hüquq müdafiəçiləri Arzu Abdullayeva, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Eldar Zeynalov, Zərifə Zeynalova və politoloq Eldar Namazov iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti