...

Azərbaycan səfiri Gürcüstanın Kaspski rayonuna səfər edib

Siyasət Materials 30 İyun 2007 14:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev şənbə günü Kaspski rayonuna birgünlük səfər edib və səfər zamanı səfir rayon rəhbərliyi, Azərbaycan və Gürcüstan ziyalıları ilə görüşüb.

Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, səfər zamanı səfir həmçinin rayonun bir sıra Azərbaycan kəndlərində olub və yerli azərbaycanlıların problemləri ilə tanış olub.

Kaspski rayonunun rəhbərliyi ilə aparılan müzakirələr zamanı Azərbaycan səfirliyi və rayonun nümayəndələri arasında əməkdaşlığın gələcək yolları nəzərdən keçirilib.

Belə görüşlərin gələcəkdə də keçirilməsi barədə, Azərbaycan və Gürcüstan xalqları arasında əlaqalərin möhkəmlənməsinə yönəlmiş əməkdaşlığın inkişafı ilə bağlı razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti