...

İsrail baş nazirinin müavini Azərbaycana gələcək

Siyasət Materials 13 Avqust 2007 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Israil baş nazirinin müavini, Strateji planlaşdırma naziri, "Israil bizim evimizdir" partiyasının sədri Aviqdor Liberman avqustun 15-də Azərbaycana səfərə gələcək. Səfərin məqsədi Azərbaycanla yaxından tanışlıq və iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsidir.

Baş nazirin müavini ilə birlikdə İsrail Knessetinin deputatı, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının rəhbəri İosif Şaqal da Bakıya gələcək.

İsrail nümayəndə heyəti Fəxri Xiyabanda eks-prezident Heydər Əliyevin məzarını ziyarət edəcək, Yəhudi Mədəniyyət Mərkəzinin açılışına qatılacaq və Qubanın Qırmızı qəsəbəsindəki yəhudi icması ilə görüşəcəklər. Azərbaycan prezidenti İlham Əliyevin, baş nazir Artut Rasızadə və Milli Məclis sədri Oqtay Əsədovun İsrail rəsmiləri ilə görüşləri planlaşdırılır. Bununla yanaşı Israil baş nazirinin müavini Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyi ilə də görüşlər keçirəcək. Səfər avqustun 18-dək davam edəcək. Bu, Libermanın Azərbaycana ilk səfəridir.

Xəbər lenti

Xəbər lenti